Putin: «Əsədə qarşı Suriya xalqı yox, yaxşı silahlanmış yaraqlılar döyüşürlər»
- 22.06.2013, 01:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin Almaniya federal kansleri Angela Merkel ilə keçirdiyi birgə mətbuat konfransında Suriya dövlət başçısı Bəşər Əsədə qarşı Suriya xalqının yox, yaxşı silahlanmış yaraqlıların döyüşdüyünü bəyan edib.
«Əsədə qarşı Suriya xalqı yox, yaxşı hazırlıqlı və o cümlədən xaricdən terrorçu təşkilatların xəttilə silahlandırılan yaraqlılar döyüşürlər», deyə Putin bildirib.
O silahlı müxalifətinin nüvəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını qeyd edib.
Putin Avropa liderlərini bir daha Suriya müxalifətini silahlandırmamışdan əvvəl bu silahın nəticədə Avropada ola biləcəyi barədə düşünməyə çağırıb.