Kamilə Babayeva: "Balaca sirlərimiz var"
- 07.09.2016, 13:07,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Tətil mənim üçün çox vacib məsələdir. Nə qədər qaçsan da, işləsən də mütləq istirahətə vaxt ayırmalısan. Bu yay da yetərincə dincələ bildim. Hazırda da xaricdə istirahətdəyəm. Bir neçə gündən sonra geri dönəcəm".
Bu sözləri aparıcı Kamilə Babayeva deyib.
O, həmkarları Ranar Musayev, Hüsniyə Məhərrəmova və Rüfət Ağayevlə birlikdə apardığı "5-ci element" verilişinin yeni mövsümdə olub-olmayacağı ilə bağlı sualları cavablandırıb:
"Yeni mövsümdə, yəqin ki, yeni işlər olacaq. Amma hazırda hamı tətildə olduğundan qəti cavab verə bilmirəm. Hansısa layihənin sirləri olur. Bizim də balaca sirlərimiz var. Hazırda şəhərdə heç kim yoxdur. Normalda iyunda bütün verilişlər tətilə gedir və sentyabrda işə qayıdır. Biz hamıdan tez tətilə getdik və yeni mövsümü hamıdan gec düşünənlərdənik. Bu da bizim xasiyyətimizdir".
K.Babayevanın "Xəzər" telekanalında maqazin tipli verilişə aparıcılıq edəcəyi ilə bağlı xəbər yayılmışdı. Aparıcı bu məsələyə də aydınlıq gətirib:
""Xəzər" telekanalında çox sevdiyim yaxın dostlarım çalışırlar. Nəsib Nur uşaqlıqdan dostluq etdiyim şəxsdir və hazırda radioda rəhbərdir. Ona yeni işlərində uğurlar arzulayıram. Televiziyada işə başlayan Kənan Bayramov da sevdiyim dostlarımdandır. Sözügedən kanaldan yeni mövsümdə maraqlı layihələr gözləyirəm.
O ki qaldı mənim "Xəzər"də və ya ATV-də olmağıma... Mövsüm başa çatan kimi hər bir aparıcıya telekanallardan təkliflər gəlir, eləcə də mənə gəldi. Biz aparıcılar da onlar üzərində düşünməyə başladıq. Bəzən səni təklifdəki nələrsə qane etmir, bəzən də sənin şərtlərini qarşı tərəf qəbul etmir. Hazırda heç bir kanalda çalışmıram, xaricdəyəm və dincəlirəm.
Yeni bir veriliş hazılamaq fikrim yoxdur. Amma maraqlı təklif olsa, dəyərləndirərəm. Bəlkə, bu mövsüm elə bir verilişlə qənaətləndim".
axşam.az