Nigar Camal və Afaq Gəncəli doğum günlərini qeyd edirlər

"Eurovision 2011" qalibi Nigar Camalın ad günüdür.

36 yaşı tamam olan müğənni təəssüratlarını izləyiciləri ilə bölüşüb:

"İlin bu gününü hər dəfə fərqli formada qarşılayır və yola salıram. Çox nadir hallarda bu günü qeyd edirəm. Onlardan bəzilərini isə ömrüm boyu xatırlayacağam.

Ad günümü dostlarımla da, ailəmlə də, tək də qeyd etdiyim vaxt olub. Gülürəm, sevinirəm, nifrət edirəm, sevirəm... Nə isə, xatırlayacaq çox məqamlar var. Baxaq görək, yeni günlər mənə nə qismət edəcək. Ən əsası odur ki, 36 il əvvəl bu gün mən dünyaya gəlmişəm".

Qeyd edək ki, N.Camalın iki qız övladı var. İfaçının qızları Səidə və Jasmin Londonda təhsil alırlar. N.Camal övladları ilə birlikdə orada yaşayır.

Cazibədar aparıcı Afaq Gəncəlidə özəl bayramını qeyd edir.

7 sentyabr tarixində Azərbaycan efir məkanının ən cazibədar simalarından olan Afaq Gəncəlinin doğum günüdür. Əməkdaşımızın təbrik zənginə cavab verən Afaq özəl bayramında ona edilən diqqətlə bağlı oxucularımızı məlumatlandırdı:

"Artıq bir neçə gündür, təbrik və hədiyyələri qəbul edirəm. Mənim üçün bu həyatda ən önəmli olan sevdiyim insanlardan diqqət və qayğı görməkdir. Məncə, bir insanın bundan böyük xoşbəxtliyi ola bilməz".

Afaq onu da vurğuladı ki, ad gününü təmtəraqsız qeyd edir:

"İnşallah, qismət olsa, gələcək illərdə digər doğum günlərimi sevdiyim insnların əhatəsində keçirəcəm. Yaşıma gəldikdə isə, həyatın çətinliklərini görən bir insan olmağıma baxmayaraq, ruhum 18 yaşındadır. Sadiq tamaşaçılarımın təmənnasız sevgisini hiss etmək məni yaşayıb-yaratmağa ilhamlandırır".



Milli.Az, axsam,az, primetime.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri