Yağış Bakının bəzi rayonlarında güclü tıxac əmələ gətirib

Bakıya yağan güclü yağış nəticəsində böyük tıxac yaranıb.


Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxta yağan yağış sularının yaratdığı fəsadlar nəticəsində Rəsulzadə, Biləcəri qəsəbələri, 7 və 8-ci mikrorayonlarda tıxac əmələ gəlib.


Qeyd edək ki, yaran tıxac nəticəsində əhali sərnişin avtobuslarından düşərək piyada hərəkət edirlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri