Qüdsi Osmanov Azərbaycanın Moldovada, Ramin Həsənov isə Almaniyada səfiri təyin olunub
- 08.09.2016, 10:12,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Qüdsi Osmanovun Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Ramin Həsənov Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Məlumata görə, Qüdsi Osmanova həmçinin fövqəladə və səlahiyyətli səfir rütbəsi də verilib.