AMB: Bugünkü valyuta hərracında məcmu tələb 400 mln. dolları ötüb
- 08.09.2016, 19:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 mln. dollar və AMB tərəfindən 100 mln. dollar olmaqla, ümumilikdə 300 mln. dollar məbləğində vəsait satışa çıxarılıb.
AMB-dən APA-ya verilən məlumata görə, hərracda məcmu tələb 402,56 mln. dollar təşkil edib.
***
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan APA-ya verilən məlumata görə, hərracda 200 mln. dollar 22 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.