Fransa məhkəməsi Toğrul Nərimanbəyovun dəfn olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətini rədd edib
- 22.06.2013, 01:27,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa məhkəməsi Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətini rədd edib.
Rəssamın qızı Əsmər Nərimanbəyovanın APA-ya verdiyi məlumata görə, məhkəmə 18 iyunda çıxarılan qərarı qüvvədə saxlayıb. Həmin qərara əsasən mərhumun harada dəfn olunacağına onun həyat yoldaşı qərar verməlidir.
Lakin Əsmər Nərimanbəyova bildirib ki, bu qərarla razılaşmaq fikrində deyil və prokurorluğa müraciət edəcək.