“Səs Azərbaycan” musiqi yarışmasının finalçısı Samirə Əfəndiyeva yeni klipini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, ekran işi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus “Sən gələndə” mahnısına çəkilib.
Təqdimata “Səs Azərbaycan” layihəsində Samirənin komanda rəhbəri Tünzalə Ağayeva da qatılıb.
Klipin tanıtımında incəsənət dünyasının tanınmış simaları da iştirak edib.
“Bu mahnı sosial şəbəkədə xeyli insan tərəfindən bəyənildi. Bu səbəbdən klip çəkdirmək barədə düşündüm. Düşünürəm ki, maraqlı bir iş alınıb. Bu mahnıda vokal imkanlarımı göstərməyə çalışmışam. Mahnı onsuz hitdir, Mübariz Tağıyev oxuyub. Mən isə həmin mahnını uğurlu oxumağa çalışmışamş”, -deyə Samirə Əfəndiyeva bildirib.
Əməkdar artist Tünzalə Ağayeva isə öz tələbəsinə uğurlar arzu edib:
"Samirə istedadlı gəncdir. Mən həmişə çalışıram ki, belə gənclərə dəstək olum. Mahnını Samirə ifa etdikdən sonra Mübariz Tağıyev ona dedi ki, məndən yaxşı oxumusan".
Qeyd edək ki, klip təqdimatına əsərin ilk ifaçısı Mübariz Tağıyev qatılmayıb.
Xatırladaq ki, klipin rejissoru Abbas Səlimbəyov, musiqi prodüseri əməkdar artist Tünzalə Ağayeva və geyim məsləhətçisi modelyer Gülnarə Xəlilova olub.