"Elmlər Akademiyası"nın əsas çıxışı vaxtından əvvəl açılacaq
- 09.09.2016, 14:57,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hazırda stansiyada təmir işlərinin əksər hissəsi görülüb: "Əslində stansiyanın açılışı oktyabr ayına planlaşdırılmışdı. Sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, yaxın günlərdə stansiyanın açılışı nəzərdə tutulur".
Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənir. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.