Azərbaycanda dollarlaşma səviyyəsi artıb
- 10.09.2016, 11:14,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi 2016-cı il avqust ayının 1-nə 80,8% təşkil edib. Keçən ay bu göstərici 80,59% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 71,4% təşkil edib.
Live.Az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Cəmi depozit bazasında avqustun 1-nə dollarlaşma dərəcəsi 80,01% olub. Keçən ay bu göstərici 80,8%, ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövründə isə 73,3% olub.
Kreditlərin strukturunda avqust ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. İyulun 1-nə bu göstərici 48,08%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,43% olub.