Bakı liftlərində yenilik

Azərbaycanın "Sumaks" şirkəti Bakının yaşayış binalarında liftlərin mümkün nasazlığına məsafədən nəzarət edən qurğular üçün yeni modullar hazırlayıb. Bunu Trend-ə şirkətdən deyiblər.

Qurğunun əlavə funksiyaları sayəsində liftin nasaz olmasının səbəbini aşkar etmək mümkün olacaq. Bundan başqa, yeni modullar bina sakini liftdə qalarsa, mərkəzlə təcili rabitə kanalı qurmağa imkan verəcək.

Nasazlıq olacağı təqdirdə qurğular mərkəzə avtomatik olaraq informasiya göndərəcək.

Şirkətdən deyiblər ki, qurğu liftlərin quraşdırılması ilə məşğul olan özəl şirkətlərə də təklif ediləcək: "Hesablamalarımıza görə, özəl şirkətlər nəzərə alınmaqla daxili bazarda belə qurğulara tələbat 27 mini ötə bilər".
Şərhlər
Sosial bölməsinin xəbərləri