Sabirabadda 20 yaşlı qız Kürdə batıb
- 14.09.2016, 11:53,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kür çayında batan şəxsin kimliyi məlum olub.
APA-nın xəbərinə görə, Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan şəxs rayonun Narlıq kənd sakini 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızıdır.
Hazırda axtarışlar davam etdirilir.
****
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonunun Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.