Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
- 14.09.2016, 12:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.
APA-nın verdiyi məlumata görə hadisə yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ 21011” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Hamlet Musayev və “KİA”da olan, Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Mübariz Lətifoğlu, 1990-cı il təvəllüdlü Mirmahmud Əliyev, 1991-ci il təvəllüdlü İsmət Rzayev və 1991-ci il təvəllüdlü Mahir İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.