Barak Obama: «ABŞ xüsusi xidmət orqanları amerikalıları izləmirlər»

ABŞ prezidenti Barak Obama vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə xüsusi xidmət orqanlarının ölkə vətəndaşlarının telefon danışıqlarına qulaq asmadıqlarını və elektron poçtunu izləmədiklərini bildirib.


Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.


Prezident bu sahədə vəziyyətə nəzarət etmək üçün vətəndaş cəmiyyəti nümayəndələrinə hər cür sübutları verməyə hazır olduğunu bəyan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri