Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək

2018-ci ildə Çempionlar Liqasının final matçının hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib. APA-nın məlumatına görə, UEFA həlledici görüşü Ukraynaya həvalə edib.

Bunu Ukraynanın prezidenti Pyotr Poroşenko yerli mətbuata açıqlamasında təsdiqləyib. O bildirib ki, 2018-ci ilin final qarşılaşması Kiyevdə oynanılacaq: “Bu, bütün ölkə, xüsusən də, futbol azarkeşlərimiz üçün möhtəşəm xəbərdi. Əminəm ki, biz final görüşünün təşkilatçılığını yüksək səviyyədə həyata keçirəcəyik”.

Qeyd edək ki, Çempionlar Liqasında cari mövsümün finalı Uelsin Kardiff şəhərində, “Millennium” stadionunda keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri