FİFA və “France Football” jurnalının “Qızıl top”la bağlı əməkdaşlığı sona çatıb

FİFA və “France Football” jurnalının dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatı ilə bağlı əməldaşlığı sona çatıb. APA-nın məlumatına görə, bunu Fransa saytının rəsmi saytı açıqlayıb.

Əməkdaşlığın başa çatmasına tərəflər arasında yeni müqavilənin detallarının razılaşdırılmaması səbəb olub. Artıq bu ildən etibarən FİFA və “France Football”ın ortaq mükafatı təqdim olunmayacaq. Mükafatın təqdimatı ilə bağlı yeni qaydalar jurnalın sentyabrın 20-də dərc olunacaq sayında açıqlanacaq.

Qeyd edək ki, Fransa nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. Avropa ölkələrinin jurnalistlərinin səsverməsi ilə seçilən ilin oyunçusu bu mükafata layiq görülüb. 1988-ci ildən FİFA “İlin oyunçusu” mükafatı təsis edib. Assosiasiya millilərin baş məşqçiləri və kapitanları arasında sorğu ilə ən yaxşını müəyyənləşdirib. 2010-cu ildə tərəflər arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən iki mükafat əvəzinə “FİFA Qızıl topu” təqdim olunmağa başlayıb. Bu səsvermədə millilərin baş məşqçiləri, kapitanlar, həmçinin jurnalistlər iştirak edib.
Şərhlər
İdman bölməsinin xəbərləri