Gəncədə evin divarının uçması nəticəsində 14 yaşlı qız ölüb, onun 15 yaşlı bacısı xəsarət alıb
- 17.09.2016, 10:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə divarın uçması nəticəsində ölən və xəsarət alan qızların bacı olduqları müəyyənləşib.
APA-nın məlumatına görə, evin divarının uçması nəticəsində dağıntılar altında qalaraq ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.
Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil.
***
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın verdiyi məlumata görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.
Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Onların kimliyi dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.