Bakıda mənzildən oğurluq edən iki bacı və onların qardaşı tutulub
- 19.09.2016, 14:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Natəvan Nağıyevanın evindən 4000 manat pul və 8000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəvanə Dadaşova, əvvəllər məhkum olunmuşlar qardaşı Vüsal və bacısı Əfsanə tutulublar.