Bakıda dəmir yolu kənarında yaşayış evi yanıb

Bakı şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin veb-saytına istinadən verdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda dəmir yolu xəttinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 30 kv. m olan taxta konstruksiyalardan ibarət 2 otaqlı tikilinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibinin bacısı əl-üz nahiyəsindən yüngül yanıq xəsarətləri alıb və təcili yardım tərəfindən ona ilkin tibbi yardım göstərilib.



Dəmir yolu xəttində təmirə dayanan 9 ədəd 60 tonluq neft məhsulları daşıyan boş çənlər yanğından mühafizə olunub. Yanğın saat 03:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri