Nazir müavini: “Xaricdən gələn həkimlər bəzi hallarda icazəsiz fəaliyyət göstərirlər”

“Xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirirlər, sonra isə sənədlərini nazirliyə təqdim edirlər: “Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri