Gəncəyə qonaq gələn qadın intihara cəhd edib

Gəncə şəhərində yaşayan bacısının evinə qonaq gələn 31 yaşlı qadın özünü 3-cü mərtəbədən ataraq intihar etmək istəyib.



Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, Kəlbəcər rayon sakini, hazırda Goranboyun Qaraçinarlı kəndində məskunlaşan 1982-ci il təvəllüdlü Mehbarə İsmayılova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın 8 ildir əsəb xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün Gəncənin 38 saylı hərbi şəhərciyində yaşayan bacısı evinə qonaq gəlib.



Heç bir əsas olmadan özünü öldürmək istəyən qadın binanın 3-cü mərtəbəsindən özünü yerə atıb. Dərhal xəstəxanaya çatdırılan M.İsmayılovaya tibbi yardım göstərilib.



Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri