Aygün Kazımova prodüserlə iş birliyi bitdi

Prodüser Roland Bayramov xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub.

"Qafqazinfo" xəbər verir ki, prodüser açıqlamasında məlumatı təsdiqləyib:

“Məlumat doğrudur. Hazırda yeni təkliflər almışam, artıq yeni mövsümdən hansı tanınmış müğənni ilə işləyəcəyimi də qərarlaşdırmışam. Yaxın günlərdə bu barədə mətbuata açıqlama verəcəyəm”.

Xatırladaq ki, A.Kazimova ilə R.Bayramov 2015-ci ilin dekabrından birgə çalışırdılar.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri