Bakıda mərkəzi yollardan biri bağlandı

Bakıda mərkəzi yollardan biri bağlandı Bülbül prospektinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.


Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.


Sürücülərdən alternativ yol kimi Səməd Vurğun küçəsindən istifadə etmələri xahiş olunur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri