Astarada baş verən yol qəzasında ata və qızı ölüb

Azərbaycanda baş verən yol qəzasında ata və qızı vəfat edib.


Astara rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası Ələt-Astara avtomobil yolunun 236-cı kilometrliyində, Astara rayonunun ərazisində qeydə alınıb.


İran vətəndaşı Bağeri Behzad Cəlil oğlunun idarə etdiyi «Iveco 36-300» markalı 53-A-597-10 İran dövlət nömrə nişanlı yük avtomobili ilə Astara rayon sakini 1951-ci il təvəllüdlü Nazir Murad oğlu Həsənovun idarə etdiyi 10-FT-075 dövlət nömrə nişanlı «VAZ-21011» markalı avtomobil toqquşub.


Qəza nəticəsində «VAZ-21011»-in sürücüsü N.Həsənov və qızı 1981-ci il təvəllüdlü Natəvan vəfat ediblər. Avtomobildə olan Natəvanın övladları 2006-cı il təvəllüdlü Rəşad Əliyev və 2007-ci il təvəllüdlü İlkin Əliyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri