Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı Astarada 315 ev və qeyri-yaşayış sahəsi köçürülüb

Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı Astarada 315 ev və qeyri-yaşayış sahəsi köçürülübAzərbaycan prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

“Azərbaycan Dəmr Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin yatağında torpaq yatağının hazırlanmasına başlanıb.

Relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib. Dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyektin (yaşayış və qeyri-yaşayış sahəsi) əksəriyyəti köçürülüb, qalanların sənədləşməsi aparılır. Sentyabrın əvvəlində Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanıb. Artıq 5 km yol qoyulub. Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilib. 27 tirdən 15-nin betonu tökülüb, hazırda qalanlarının karkası yığılır. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran ası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş»ə qoşulub. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.



Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı Astarada 315 ev və qeyri-yaşayış sahəsi köçürülüb
Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı Astarada 315 ev və qeyri-yaşayış sahəsi köçürülüb
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri