"Bank Nikoil" nizamnamə kapitalını 150 mln. manat artırır
- 22.09.2016, 18:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində "Bank Nikoil" QSC-nin nizamnamə kapitalı 150 mln. manat (öncədən elan edilmiş 60 milyon manat daxil olmaqla) həcmində artırılacaq.
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı MBNP ilə bankın əsas səhmdarı olan "Topaz İnvestment" arasında protokol imzalanıb.
Qeyd edək ki, bununla da "Bank Nikoil" QSC-nin ilin sonunadək nizamnamə kapitalının həcmi 184,5 mln. manat təşkil edəcək.