Azərbaycan millisi futzal üzrə dünya çempionatının 1/4 finalına adlayıb
- 23.09.2016, 12:16,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futzal üzrə dünya çempionatının Kolumbiyada keçirilən final mərhələsində növbəti oyunlar keçirilib. APA-nın məlumatına görə, 1/8 final mərhələsinin son 3 qarşılaşması baş tutub.
Bakı vaxtı ilə gecə yarı keçirilən qarşılaşmalarda 1/4 finalın son iştirakçıları bəlli olub. Planetin 8 ən yaxşısı arasında arasında Azərbaycan millisi də yer alıb.
Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşıb. Qrup mərhələsində Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) mübarizədə 2-ci olan yığmamız tarixində ilk dəfə bu rəqiblə görüşüb.
Asiyalılar da qrupu 2-ci yerdə başa vurub. Rəqibimiz Rusiyaya uduzsa da (4:6), Kuba (8:5) və Misir (2:1) üzərində qələbələrlə 1/8 finala yüksəlib. Ardıcıl 5-ci dəfə mundiala qatılan Tailand son yarışdakı uğurunu təkrarlayaraq, qrup səddini arxada qoyub.
Azarkeşlərin düz 21 qola şahidlik etdikləri oyunda yığmamız 8:13 hesablı darmadağına sevinib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 4:4. Əlavə olunmuş vaxtda isə komandamız möhtəşəm əzmkarlıq göstərərək mərhələni keçə bilib.
Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdıraraq, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib.
Futzal üzrə dünya çempionatı
1/8 final
22 sentyabr
Tailand – Azərbaycan - 8:13 (əlavə vaxtda)
Qollar: Vassura, 4, 44, Fineo, 6, 13, 44, 48, 49, Vitali Borisov, 14, Tyaqo, 28, 29, 41, Poletto, 31, Rövşən Hüseynli, 49. Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları), Lans Vanhaitsma (ABŞ)
Medelyin. Kolizeo İvan de Bedout