Tolik jurnalistləri siçovul adlandırdı

Prodüser Tarix (Tolik) Əliyev Nazpəri Dostəliyevanın qadağasının aradan qaldırılmasına münasibət bildirib.

Milli.Az teleqraf-a istinadən xəbər verir ki, Tolik İnstaqram-da xalq artistinin qadağasına səbəb kimi jurnalistləri göstərib:

"Mən bunu bir neçə günü idi bilirdim. Hər birimizin, işdə yaxud da ətrafında düşmənlər var. O yalan sözdür ki, mənim düşmənim ermənidir. Ətrafımızda onlardan betəri var. Xalqın gözü tərəzidir. Nazpəri xanım, sizin sənətinizə heç kim söz deyə bilməz. Azərbaycan dövləti bilir ki, siz hər zaman onu dəstəkləmisiniz. İndi o ara vuran bəzi "jurnalistlər", nə bilim, siçan-siçovullar nə oldu, alınmadı? Hələ ki, qarşıda yeniliklər var. Necə deyərlər, gözləyin".
Şərhlər
Hadisə bölməsinin xəbərləri