Alsu sabah Bakıya gələcək

Alsu sabah Bakıya gələcək Bakı şəhərində Rusiyanın tanınmış pop-ulduzu müğənni Alsunun yeni klipi çəkilir.



Bu məqsədlə Alsu sabah Bakıya gələcək.



Live.az-ın APA-aya istinadın verdiyi məlumata görə, Alsu əvvəlki kliplərində Mariya İbrahimova ilə əməkdaşlıq edib. Alsu növbəti dəfə də M.İbrahimova və «Cinex» kino şirkəti ilə klip çəkilişlərini davam etdirmək niyyətindədir. Pop və R&B janrında olan yeni «Ostansya» («Qal») mahnısı Bakı və Abşeronda çəkiləcək.



«Mən çox şadam ki, repertuarımda, nəhayət ki, belə bir dinamik mahnı var. Ən əsası isə bu mahnımın klipi yenidən sevimli şəhərim Bakıda çəkiləcək», - deyə Alsu qeyd edib.



Çarxda Lyubov Qutorovanın «Fashion Model School» moda agentliyi, o cümlədən modellərdən Samira Akmanova, Məhbubə Məmmədzadə və Yelena Malışeva iştirak edəcəklər. Obrazların üzərində «Aldo Coppola» salonunun stilistləri işləyəcəklər.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri