Fransada hicablı müsəlman qadın küçənin ortasında qətlə yetrildi

Fransanın paytaxtı Parisin şimal-şərqindəki müsəlmanların sıx olaraq yaşadığı şəhərətrafı Pantin qəsəbəsində hicablı bir qadının silahlı hücum nəticəsində həyatını itirib.

"Le Parisien" qəzetinin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, dünən naməlum bir adam Candale küçəsindən keçən hicablı müsəlman bir qadını öldürüb.

Xəbərdə motosiklet istifadə edən təcavüzkarın 30 yaşlarında olduğu, qadını başından 5 güllə vuraraq öldürdüyü bildirilir.Hadisənin İslamofobik bir təcavüz olmasından şübhələr mövcuddur. Hücumla bağlı prokurorluqda istintaq başlanılıb.



Avropa.info
Şərhlər
Dünya bölməsinin xəbərləri