QMİ sədri: “Kim bizim dini təqvimdən kənara çıxacaqsa, məzhəb ayrı-seçkiliyi salmış olacaq”
- 27.09.2016, 13:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəşr etdiyi dini təqvimi bu il 1 illik yox, ilyarımlıq buraxıb.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, səbəb növbəti dini təqvimi gələn ilin yanvarından etibarən nəşr etməkdir: “İndiyə qədər biz dini təqvimləri Məhərrəm ayından növbəti Məhərrəm ayına qədər olan dövr üçün hazırlayırdıq. Amma bizim dövlət dünyəvidir və rəsmi təqvim yanvar ayından başlayır. Biz də rəsmi təqvimdən fərqlilik yaratmamaq üçün növbəti təqvimləri yanvardan başlamaqla nəşr edəcəyik. Bizim nəşr etdiyimiz dini təqvim bütün məzhəblər üçün nəzərdə tutulub və vahid təqvimdir. Kim bundan kənara çıxacaqsa, məzhəb ayrı-seçkiliyi salmış hesab olunacaq. Bu isə cinayət məsuliyyəti yaradır və dini təxribatdır”.