Əbülfəs Qarayev: "AZAL-la əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılacaq"

Əbülfəs Qarayev: "AZAL-la əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılacaq" "Bu il istirahət mövsümündə İsmayıllı və Şamaxıda otellərdə yerlər 92, Göygöldə 95-100, Qəbələdə 100, Lerikdə 90 faiz tutulub. Hələlik Mingəçevir və Xızıda bu il yerlər tam dolmayıb. Məndə olan məlumata görə, bu rəqəm 30 faizdir".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qareyev Azərbaycanda Turizm İ­şçiləri günü ilə bağlı keçir­ilən mətbuat konfrans­ında deyib. Nazir qeyd edib ki, gələn il "Turizm Şurası” fəaliyyətə başlayandan sonra turizm sənayesi daha sürətlə inkişaf edəcək: "Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək. Turizmin inkişafında ticarət festivallarının keçirilməsi də böyük rol oynayır. Gələn il iki festival keçirə bilərik və xərclənən vəsaitin 20-30 faizi geri qayıda bilər".

Nazir əlavə edib ki, Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərin digər ölkələrdə də açılması planlaşdırılır: "Hazırkı nümayəndəliklər uğurla fəaliyyət göstərir. Azərbaycan "Açıq səma" prinsipinə əsaslanır. AZAL-la daim əməkdaşlıq edirik. Əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik".

Nazir bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün də tədbirlər görülür: "Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac yaranıb. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələr həyata keçirilir. Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri