PSJ yeni baş məşqçisini tapdı

"Pari Sen-Jermen" (PSJ) klubu ilə baş məşqçi Loren Blan arasında gələcək mövsüm üçün razılaşma əldə olunub. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Fransanın ''BeiN Sport'' idman telekanalı tərəflər arasında ikiillik razılaşma əldə olunduğunu bildirsə də, PSJ rəhbərliyi hələ rəsmi açıqlama verməyib.

Qeyd edək ki, uzun fasilədən sonra PSJ-ni ölkə çempionu edən italyan baş məşqçi Karlo Ancelotti Paris klubunu tərk edərək "Real Madrid"ə yollanır.

Fransanın 1998-ci ildə Dünya Kubokunu qazanan heyətində yer alan 47 yaşlı Blan 2007-2010-cu illərdə "Bordo" futbol klubunu çalışdırmışdı. Blan daha sonra Fransa milli komandasının başına gətirilmiş, lakin Cənubi Afrikada keçirilən 2010-cu il dünya çempionatında əldə olunan nəticədən sonra istefa vermişdi.
Şərhlər
İdman bölməsinin xəbərləri