Nəsib Röyanın "sərxoş" olduğu verilişdən danışdı
- 28.09.2016, 17:35,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aparıcı Nəsib Nur Röya Ayxanın "Nəsib olsa" verilişinə içkili çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Live.Az bildirir ki, aparıcı teleqraf-a açıqlamasında Röya Ayxanın içkili olmadığını və obrazına uyğun hərəkət etdiyini deyib: "Verilişimiz ajiotaja səbəb oldu, deməli, alındı. Televiziyanın öz özəllikləri var. Partlayışa səbəb olacaq nə isə etməlisən. Röya sevilən ifaçıdır, peşəkar aktrisadır. Sərxoş bir insan necə hərəkət edə, pilləkəndən düşə bilər? Röya qoyulan missiyanı layiqincə yerinə yetirdi, sağ olsun. Sizə söz verirəm ki, noyabrda Röyanı konsert öncəsi tamam başqa formada görəcəksiniz.
Növbəti proqramlarımızda da maraqlı qonaqlarımız olacaq".