Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək
- 29.09.2016, 10:15,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxacaq.
APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olacaq.
İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə daha çətin oyun gözləyir. Rəqib meydanlardakı son 6 matçda “Qarabağ” qələbə üzü görməyib, cəmi 2 heç-heçə ilə təsəlli tapıb.
Roman Qriqorçukun yetirmələri isə Bakıda Almaniyanın “Maynts” klubunu qəbul edəcəklər. İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaq gözləyir. Bununla belə, cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” ənənəni davam etdirmək niyyətindədir. Təmsilçimiz bu görüşə itkilərlə çıxacaq. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyəcəklər.
Avropa Liqası
Qrup mərhələsi
II tur
J qrupu
19:00. “Qəbələ” – “Maynts” (Almaniya)
Baş hakim: Gediminas Majeyka
Bakı. 8-ci km qəsəbə stadionu
C qrupu
21:00. “Qarabağ” - “Fiorentina” (İtaliya)
Baş hakim: Oliver Draxta
Florensiya. “Artemio Franki” stadionu