“Qəbələ” Avroliqanın qrup mərhələsində Almaniyanın “Maynts” klubuna məğlub olub
- 29.09.2016, 22:03,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. APA-nın məlumatına görə, “qırmızı-qaralar” Bakıda Almaniyanın “Maynts” klubunu qəbul ediblər.
İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaqla üzləşib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” ənənəni davam etdirə bilməyib: Roman Qriqorçukun yetirmələri 2:3 hesabı ilə məğlub olublar.
Təmsilçimiz bu görüşə itkilərlə çıxıb. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyib.
Avropa Liqası
Qrup mərhələsi
II tur
C qrupu
“Qəbələ” – “Maynts” (Almaniya) - 2:3
Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 - Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78
Baş hakim: Gediminas Majeyka
Bakı. 8-ci km qəsəbə stadionu