Con Kerri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb”
- 30.09.2016, 10:16,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.
“Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.
“Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür”. “Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri əlavə edib.