ABŞ vətəndaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb Böyüt
- 01.10.2016, 10:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.
APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Məlumata görə, ötən gün Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsini təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək olub. Bu, 11 sentyabr faciəsi ilə bağlı ABŞ vətəndaşı tərəfindən Səudiyyə Ərəbistanına qarşı qaldırılan ilk iddiadır.
Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.
Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib.