Baş prokuror "MTN işi" ilə bağlı istintaqın gedişindən danışıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bu gün də istintaq davam etdirilir.


APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.


Z. Qaralov bildirib ki, bütövlükdə istintaq 280 epizod üzrə davam etdirilir: "Həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq".
Şərhlər
Hadisə bölməsinin xəbərləri