Boliviyada spirt daşıyan yük maşınının partlaması nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb

Boliviyada spirt daşıyan yük maşınının partlaması nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, faciə ölkəni Peru ilə birləşdirən magistral yolda baş verib. Partlayış nəticəsində 11 avtomobil zədələnib və ya tamamilə sıradan çıxıb.


İlkin versiyaya görə, sürücü idarəetməni itirərək yolun kənarında dayanmış bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində yola axmış spirt alışıb, qurbanların çoxu yanğında diri-diri yanaraq ölüb.


Xəsarət alanlar yaxınlıqda yerləşən 3 xəstəxanaya yerləşdirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri