Səhiyyə Nazirliyindən Şəkidə ayının hücum etdiyi şəxs barədə açıqlama

Dünən Şəki rayonunda ayının hücum etdiyi şəxs, rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimovun səhhəti normaldır. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, hazırda Şəki şəhər Mərkəzi Xəstəxanasında müalicə olunan yaralının həyati təhlükəsi yoxdur və vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 2-də axşam saatlarında 43 yaşlı Ş.QAədimov özünə məxsus bağ sahəsində olarkən bağda gizlənən ayı ona hücum edərək xəsarət yetirib və ərazidən qaçıb.

Ş.Qədimov alnının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona quduzluq əleyhinə peyvənd edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri