Braziliyada iki avtobus qəzasında ən azı 15 nəfər ölüb, 50-dək sərnişin isə yaralanıb

Braziliyanın şimal-şərqində və cənubunda baş vermiş iki avtobus qəzasında ən azı 15 nəfər ölüb, 50-dək sərnişin isə yaralanıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Santa Katarina ştatında gəzinti avtobusun 15 metr dərinliyində dərəyə yuvarlanması nəticəsində 9 nəfər ölüb. Yaxınlıqdakı xəstəxanalara 15 yaralı yerləşdirilib.


Daha bir avtobus qəzası Seara ştatında Bel və Fortaleza şəhərlərini birləşdirən magistral yolda baş verib, nəticədə 6 nəfər ölüb, 32 sərnişin isə yaralanıb. İlkin versiyaya görə, qəzaya səbəb sürücünün yuxuya getməsi olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri