Qref: "2030-cu ilədək Rusiyanın neft-qaz ehtiyatları tükənəcək" Böyüt
- 04.10.2016, 10:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Sberbank" (Rusiyanın Əmanət Bankı) rəhbəri German Qref bildirib ki, ölkənin neft-qaz ehtiyatları 2030-cu ildə tükənəcək.
APA xəbər verir ki, müvafiq suala cavab verən bankir bunu deyib: "Düşünürəm ki, bu, təxminən 15 il sonraya təsadüf edəcək və biz buna aktiv şəkildə hazırlaşmalıyıq. Gec-tez neft-qaz sektoruna köklənmiş iqtisadiyyat dövrü bitəcəkdi. Biz vəziyyəti olduqca sürətli şəkildə dəyişməliyik və iqtisadiyyatımızın diversifikasiyasını sürətləndirməliyik".
G. Qref onu da əlavə edib ki, neftin yüksək qiymətlərini "gözləməyə dəyməz".