Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Qaynarinfo xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zincirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.

Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.

Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.


Şərhlər
Sosial bölməsinin xəbərləri