Həyat yoldaşını öldürən şəxsin meyiti Kürdən tapılıb

İyunun 21-də həyat yoldaşını öldürən şəxsin özünü Kürə ataraq intihar etdiyi məlum olub.


Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1958 ci il təvəllüdlü Qismət Əlibala oğlu Əliyevin meyiti Kür çayının Şirvan şəhərindən keçən hissəsində tapılıb. Q. Əliyevin intihar etdiyi güman edilir.
 

Qeyd edək ki, Q.Əliyev iki gün öncə Sabirabad rayonunun Ətçələr kəndində həyat yoldaşı, 1958-ci il təvəllüdlü Sevil Vəli qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri