Sevda Yahyayeva: "Oskar"lıq performans söz vermirəm
- 05.10.2016, 13:31,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Demək olar ki, hər gün serial çəkilişlərində oluram. Gərgin, maraqlı və gözəl günlər keçirirəm. Serialda Aynur obrazını canlandırıram, onun həyatını yaşayıram. Baş rollardan biridir. Həmişə seriallara çəkilmək istəmişəm".
Live.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında müğənni Sevda Yahyayeva bildirib.
Sənətçi qeyd edib ki, çətinlikdən qorxmur və "Sən olmasaydın" serialında maraqlı obrazla tamaşaçı qarşısına çıxacaq:
"İndi başqa işlərimi çox vaxt çatdıra bilmirəm. Toylara, sözsüz ki, gedirəm. Balansı saxlamağa çalışıram. Yaşar Əhmədova təşəkkür edirəm. Ekran işinin baş rejissorudur. Burada Sevda Yahyayevadan əsər-əlamət yoxdur. Bacardığım qədər çalışıram ki, hər şey yaxşı olsun.
Düzdür, "Oskar"lıq performans söz vermirəm. Mən çətinlikdən qorxan qız deyiləm. Əziyyətsiz işin bəhrəsi olmur. Bu yerə cırmaqla gəlib çatmışam. Mənə həyatda heç nə hədiyyə kimi gəlməyib. Kənardan baxanlar düşünürlər ki, Sevda üçün hər şey asandır. Ancaq belə deyil, mənim həyatımı bilənlər hər şeydən xəbərdardırlar".
Müğənninin boyunbağısı müzakirələrə səbəb olub.
İfaçı sosial şəbəkədə boynundakının xaç yox, açar olduğunu qeyd edib:
"Boynumdakı xaç yox, açardır. Belə həssas məqamlarda diqqətli olmağınızı xahiş edirəm".