“Bank Standard”ın ipoteka kreditlərinin taleyi müəyyənləşdi
- 06.10.2016, 10:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan İpoteka Fondu" ASC ilə "NBCBank" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, "Bank Standard"ın ipoteka portfelinin bir hissəsi "NBCBank"a ötürülüb.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bundan sonra "NBCBank" ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 30 sentyabr tarixli qərarına əsasən lisenziyası ləğv edilmiş "Bank Standard"ın ipoteka kreditləri üzrə portfelinin ötürülmüş hissəsinin idarə olunmasını həyata keçirəcək.