ARDNF-in ABB-də yerləşdirdiyi 1 mlrd. dollar bankın xarici öhdəliklərinə yönələcək

ARDNF-in ABB-də yerləşdirdiyi 1 mlrd. dollar bankın xarici öhdəliklərinə yönələcək"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yerləşdirdiyi vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır".

APA xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.

"Bəli, ARDNF bizim bankda vəsait yerləşdirib və bu vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, bundan öncə ARDNF-in ABB-də 1 mlrd. dollarlıq depozit yerləşdirməsi barədə informasiya yayılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri