Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsi abituriyentləri üçün iyunun 23-də Azərbaycan dili fənnindən keçirilən test imtahanının nəticələrini açıqlayıb.


APA-nın xəbərinə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib.


Qeyd edək ki, bu gün Bakı və Naxçıvan şəhərlərdə imtahanların keçirilməsi üçün 5 (Bakıda 4, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunmasına 17 imtahan rəhbəri, 182 zal nəzarətçisi cəlb olunub.


İmtahanda 2259 (2246 nəfər Bakıda, 13 nəfər isə Naxçıvanda) abituriyent iştirak edib ki, onlardan 1031-i qız, 1228-i isə oğlandır. Abituriyentlərdən 1109 nəfər orta ümumtəhsil müəssisələrini ötən illərdə bitirən, 1150 nəfəri isə builki məzunlardır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri