Filipp Kirkorov: Azərbaycana çoxdan könül vermişəm
- 06.10.2016, 14:34,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycana çoxdan könül vermişəm”.
Live.Az xəbər verir ki, bu sözləri Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakıda təqdim edəcəyi dünya səviyyəli möhtəşəm “Ya” şousu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Müğənni qeyd edib ki, Azərbaycan tamaşaçıları ilə görüşü böyük həyəcanla gözləyir:
“Nəhayət baş tutacaq bu görüşü çox həyəcanla gözləyirəm. Mən uzun illər boyu Bakıya can atmışam. Nəhayət, dostlarımın, pərəstişkarlarımın sayəsində dekabrın 10-da Bakıda “Ya” şousu baş tutacaq”.
“Ya” şousunun quruluşçu rejissoru dünyada ən çox tələbat duyulan şou rejissorlarından biri, “Sirk dü Soley” adlı məşhur eklektik tamaşanın müəllifi Franko Draqone hazırlayıb.
Rusiyalı müğənni deyib:
“Ya” şousunu böyük rejissor Franko Draqone hazırlayıb. Əminəm ki, səhnədə çıxış edəcək 80 nəfər, yeddi treylerlə Bakıya gətiriləcək dekorasiyalar, Azərbaycan paytaxtının ən gözəl zalında təqdim edəcəyimiz şou hamını sevindirəcək və heyran edəcək”.
Möhtəşəm “Ya” şousunun premyerası bu ilin martında Moskvadakı Dövlət Kreml sarayında olub.
“Ya” şousu Ruisyada bir eksperimentdir. Az qala 1500-ə yaxın rəqqas arasından seçim şəxsən Franko Draqone və quruluşçu xoreoqraf Toni Testo tərəfindən həyata keçirilib. Testo Kayli Minouq, Britni Spirs və Cennifer Lopes kimi böyük sənətkarlarla işləyib.